XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

03 Dekabr 2016 - 12:36

Bakıda “Karyera günü və iş yarmarkası”keçirilir

ABŞ Təhsilli Azərbaycanlı Məzunlar İctimai Birliyi, Azərbaycan Dillər Universitetinin İnformasiya Resurs Kompleksi/ Amerika Mərkəzi və ABŞ səfirliyinin dəstəyi ilə "Karyera günü və iş yarmarkası" keçirilir.

Trend-in məlumatına görə, Azərbaycan Dillər Universitetinin İnformasiya Resurs Kompleksində/ Amerika Mərkəzinin direktoru Şəhla Xudiyeva bildirib ki, yarmarkaya 20-yə qədər şirkət qatılıb. O bildirib ki, yarmarkada ABŞ universitetlərinin məzunları, özəl sektorda, dövlət qurumlarında və biznes sahəsində çalışan təcrübəli mütəxəssislər iştirak edirlər. Onlar iştirakçılarla öz təcrübə, biliklərini bölüşəcəklər. Tədbirin əsas məqsədi biznes və dövlət strukturları üçün yeni, təcrübəli və iş axtarışında olan kadrlar arasında bir platforma- vasitəçi rolunu oynamaqdır.

ABŞ-ın Azərbaycandakı səfirinin müavini Vilyam Gil deyib ki, Azərbaycanda 5000-dən yuxarı ABŞ mübadilə proqramlarının məzunu var. Onlar ABŞ-da aldıqları təhsil sayəsində seçdikləri ixtisas üzrə dövlət və özəl qurumlarında aparıcı mütəxəssis kimi çalışarsaq, Azərbaycanın inkişafında böyük rol oynayırlar: "Mən inanıram ki, ABŞ təhsili məzunların dünyagörüşünə təsir edib və onların karyerada irəlilələməsinə kömək edib. Ümid edirəm ki, ABŞ-da təhsil almış qabaqcıl məzunlarımız bu gün iştirakçılara uğur əldə etməyə kömək edən məsləhətlər verəcəklər. Yarmarkada iştirak edən gənclər həm iş tapmaq imkanı, həm də yerli təşkilatların nümayəndələri ilə görüşərək təcrübə imkanları əldə edəcəklər".

ABŞ Azərbaycan Məzunları Assosiasiyasının sədri Əliyar Hüseynov iştirakçı şirkətlərə yarmarkada iştiraka görə təşəkkür edib.

Onun sözlərinə görə, sərgi bu gün saat 5-dək Azərbaycan Dillər Universitetinin İnformasiya Resurs Kompleksində/ Amerika Mərkəzində davam edəcək.