XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

05 Dekabr 2016 - 10:08

Aşıq Əlinin yaxın qohumu toyda öldürüldü

asiq-ali

Qobustan rayonunda toy mərasimi zamanı bıçaqlanma hadisəsi baş verib.

"Report"un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə rayonun Divanlı qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbədə keçirilən toy zamanı 1979-cu il təvəllüdlü Kərimov Fəxri Kamal oğlu mərasimə dəvət olunan Nemətov Vüsal Ağa oğlu tərəfindən bıçaqlanıb. Ağır yaralanan F.Kərimov Mərkəzi Klinikaya yerləşdirilib və orada dünyasını dəyişib.

Qeyd edək ki, F.Kərimov Aşıq Əlinin (Tapdıqoğlu) yaxın qohumudur.

Faktla bağlı Qobustan Rayon Prokurorluğunda cinayət işi başlanılıb.