XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

05 Dekabr 2016 - 10:33

Mənzilllər ucuzlaşacaq –Ekspert rəyləri

sosial-ev

Tarif Şurasının qərarı ilə təbii qazın və elektrik enerjisinin qiymətlərinin artırılması növbəti bahalaşmasnın əsasını qoyub. Bu barədə ekspertlər şərh bildirir. Şərhlərə görə, getdikcə ölkədə sosial gərginlik artacaq, hər sahə üzrə böhran müşayiət olunacaq.

Bəs görəsən daşınmaz əmlak bazarında bahalaşma gözlənilirmi? Əmlak ekspertlərinə görə, ölkə iqtisadiyyatda baş verən son proseslər, manatın hər dəfə dəyərdən düşməsi, insanların gəlirlərinin azalması bazarda gözə çarpacaq dərəcədə durğunluq yaradıb, mənzil alqı-satqısında passivlik hökm sürür.

“Daşınmaz əmlak bazarında qiymətlər azalan istiqamətdədir”. Bu sözləri iqtisadçı ekspert Rəşad Həsənov “Yeni Müsavat”a açıqlamasında bildirib. İqtisadçı qeyd edib ki, bu cür tendensiya bundan sonra da davam edəcək: “Bahalaşma ilə bağlı əslində hazırda daha çox istehlak bazarındakı qiymətlərdən söhbət gedir, çünki daha çox gündəlik tələbatların qiymətlərinin artımı bu və ya digər xidmətlərin qiymətlərində artımından bahalaşma olacağı bildirilir. Daşınmaz əmlakın özünə məxsus xüsusiyyətləri var. Hazırda daşınmaz əmlak bazarında aktivlik kəskin surətdə azalıb. Və bu, qiymətlərin artımı qarşısında dayanan ən böyük mane oldu. Əksinə, daşınmaz əmlak bazarında qiymətlər azalan istiqamətdədir və bu tendensiya bundan sonra da davam edəcək. Düşünürəm ki, Mənzil İnşası Dövlət Agentliyinin sosial mənzillərin inşasına başlamasının bazara öz təsiri olacaq. Hazırkı şərtlər daxilində kommunal xidmətlərin və digər sahələrdə qiymətlərin artırılmasından asılı olmayaraq hesab edirəm ki, 2017-ci ildə də qiymətlər azalan tempdə davam edəcək”.

İqtisadçı kirayə bazarında bəzi dəyişikliklər olacağını istisna etdi: “Adətən Azərbaycanda kirayə haqqı ilə kommunal xidmətləri arasında fərq olur. Belə ki, kommunal haqqını mənzili kirayə götürən şəxs ödəyir. Bu halda qiymətlərdə artım böyük ehtimalla baş verməyəcək. Amma hansı ki, kirayə ilə bağlı müqavilədə tam xidmət göstərilirsə və kommunal xərcləri də şərtlərə daxil edilirsə, belə olduğu təqdirdə mənzili kirayə verən tərəf qiymətləri artıra bilər və bu, gözləniləndir”.