XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

05 Dekabr 2016 - 20:30

Görkəmli Azərbaycan alimi Rafiq Mehdiyevin 80 yaşı tamam olur

noq01

 

Görkəmli Azərbaycan aliminin 80 yaşı tamam olur.

Texnika elmləri doktoru, professor Rafiq İsrafil öğlu Mehdiyev təkcə Azərbaycanda və MDB məkanında deyil, beynəlxalq səviyyədə təbəqələşdirilmiş yanıcı qarışıqla işləyən farkomer-məşəllə alışdırmalı avtomobil mühərriklərinin yaradılması sahəsində tanınmış alimdir.

Professor R. Mehdiyev Azərbaycan mühərrikçilər elmi məktəbinin əsasını qoyanlardan biridir.

1936-cı ildə indi erməni işğalı altında olan Cəbrayıl rayonunda doğulan R. Mehdiyev 1958-ci ildə o zamankı Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitet) mexanika fakültəsini bitirib, 1964-cü ildə namizədlik, 1981-ci ildə isə indiki Sankt-Peterburq Texniki Universitetində doktorluq dissertasiyasını müdafiə edib.

300-dən çox elmi əsərin, 15-ə yaxın ixtiranın müəllifi olan alimin son ixtiralarından biri maye qazla işləyən dizel mühərrikidir və bu ixtira Türkiyədə böyük uğur qazanıb. Bir sıra ixtiraları bir sıra Qərb dövlətlərində, o cümlədən İngiltərə, İtaliaya, Almaniya, Rusiya və Yaponiyada patentləşdirilib. 20-dən artıq yetişdirdiyi alimlərin içərisində Hindistan, İraq, Suriya və Ukrayna vətəndaşları da vardır.

1967-ci ildə daxili yanma mühərrikləri və avtotraktor kafedrasının dosenti, 1983-cü ildən isə professor adına layiq görülüb. Həmin kafedraya uzun müddət rəhbərlik etdikdən sonra, AzTU-nun nəzdində fəaliyyət göstərən “Motor yanacaqları və ətraf mühit” ETİ-nin elmi rəhbərlik edib.

Görkəmli alim 1993-99-cu illərdə həmin ali məktəbin rektoru olub.  Tanınmış alim hazırda məşhur İstanbul Texniki Universitetinin professorudur və qardaş ölkədə böyük elmi nailiyyətlərini davam etdirir.

Azərbaycan elmi ictimaiyyəti hörmətli professoru 80 illik yubileyi münasibətilə təbrik edir, ona səmərəli və məhsuldar fəaliyyətində uğurlar arzulayır!

Azərbaycan Respublikası “Təhsil” Cəmiyyətinin İdarə Heyətinin sədri

Dosent Nuğay Əliyev

 

noq02

noq03

noq04