XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Dekabr 2016 - 12:01

Gənclər və idman naziri vətəndaşları qəbul edəcək- Şirvanda

azad-3

Gənclər və idman naziri Azad Rəhimov Şirvan şəhərində vətəndaşları qəbul edəcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəbul dekabrın 9-da saat 11:00-da Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında (Şirvan şəhəri, Xəqani küçəsi -1, Heydər Əliyev parkının ərazisi) başlayacaq.

Görüşdə Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinləri iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayon (şəhər) gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar:
Şirvan – 0553334004, Hacıqabul – 0557977696, Neftçala – 0503204242, Saatlı – 0552115650, Sabirabad – 0502068677, Salyan – 0552006665.