XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

07 Dekabr 2016 - 17:15

AMEA-nın Elm və Texnologiya Parkıləğv edildi

Azərbaycan Milli Elmlər Akademiyasının Elm və Texnologiya Parkı ləğv edilib.

Azərbaycan Milli Elmlər Akademiyasından Trend-ə verilən məlumata görə, AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında İşlər İdarəsinin strukturunda qismən dəyişiklik edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.

Bildirilib ki, idarənin Elm və Texnologiya Parkında çalışan mütəxəssislərin daha səmərəli işləməsi və Akademiyanın elmi müəssisələri ilə lazımi səviyyədə iş birliyi imkanlarının yaradılması üçün struktur dəyişikliklərinin həyata keçirilməsi zərurəti yaranıb.

Bu məqsədlə İşlər İdarəsinin strukturunda fəaliyyət göstərən Elm və Texnologiya Parkının ləğv edilməsi, onun ştat vahidlərinə uyğun olaraq idarənin strukturunda elmi-tədqiqat laboratoriyalarının yaradılması barədə qərar verilib.