XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

07 Dekabr 2016 - 17:48

Bu il dəm qazından454 nəfər zəhərlənib

Keçən il Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 402 xəstə qəbul olunub.

Bunu respublikanın baş toksikoloqu Azər Maqsudov jurnalistlərə açıqlamasında deyib. A. Maqsudov deyib ki, ötən il ərzində Toksikologiya Mərkəzinə dəm qazı zəhərlənməsi ilə bağlı gətirilən xəstələr arasında 1 ölüm hadisəsi baş verib: “Bu ölüm də xəstənin mərkəzimizə çox gec gətirilməsi ilə bağlı yaşanıb”.

Baş toksikoloqun sözlərinə görə, 2016-cı ilin bu gününə qədər Toksikologiya Mərkəzinə dəm qazı zəhərlənməsi ilə bağlı 454 nəfər müraciət edib: “Onlardan 70 %-i orta ağır dərəcədə, 10 %-i ağır, qalanları isə yüngül  zəhərlənib. Dəm qazı zəhərlənməsi ilə bağlı müraciət edənlər əsasən cavan və orta yaşlı, 20-40 yaş arası insanlardır”.

Baş toksikoloq qeyd edib ki, dəm qazı zəhərlənmələri daha çox qapalı mühitdə, ən çox da hamam otağında baş verir: “Çox vaxt hamam otağının qapısı bağlı olur və bu da əlavə vaxt itkisinə səbəb olur. Xəstənin huşu üstündə olarsa vaxt itkisi yaratmır, amma huşu üstündə olmayanda əlavə vaxt itirilir”.

Ötən il maşında iki gəncin dəm qazından zəhərlənərək öldüyünü xatırladan A.Maqsudov deyib ki, işlək vəziyyətdə olan cihazlarda hər zaman dəm qazı təhlükəsi var: ”Cihaz benzin və ya qazla işləyirsə, zəhərlənmə ola bilər. Qapalı şəraitdə kondisioner işləyərsə, mütləq dəm qazı ilə zəhər maşın daxilinə keçə bilər. Maşın işə salınan zaman kondisioner də eyni zamanda işə salınarsa, diqqətli olmaq mütləqdir”. (lent.az)