XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

07 Dekabr 2016 - 18:59

Azərbaycanda Yalançı Elmə Qarşı Mübarizə üzrəKomissiya yaradıldı

Azərbaycan Milli Elmlər Akademiyasında Yalançı Elmə Qarşı Mübarizə üzrə Komissiya yaradılıb.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Rəyasət Heyətinin bu gün keçirilən iclasında deyib ki, son illər elmi fəaliyyət sahəsində həyata keçirilən çoxşaxəli islahatlar və elmin təbliği istiqamətindəki tədbirlər nəticəsində elmin nüfuzunun cəmiyyətdə yüksəlib.

Onun sözlərinə görə, lakin bununla yanaşı, elmi fəaliyyətə münasibətdə bir sıra neqativ tendensiyalar müşahidə olunur. Akademik xüsusilə yalançı elmə marağın artdığını, elmi imitasiya tipli fəaliyyətin genişləndiyini söyləyib.

Rəyasət Heyəti qeyd olunanları nəzərə alaraq, yalançı elmi iddiaların əsl mahiyyətini şərh etmək və ictimaiyyətə çatdırmaq, həmçinin yalançı elmə qarşı mübarizə üçün maarifləndirmə tədbirləri həyata keçirilmək məqsədilə Komissiya yaradıb. İclasda Yalançı Elmə Qarşı Mübarizə üzrə Komissiyasının tərkibi təsdiq edilib.