XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

08 Dekabr 2016 - 12:10

Bakıda bəzi yollar buz bağlayıb

buz

Faktiki hava şəraiti ilə əlaqədar olaraq, paytaxtın müəyyən hissələrində nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb, yollar buz bağlayıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib. (APA)

 Bildirilir ki, bu vəziyyət daha çox paytaxtın nisbətən yüksək ərazilərində yerləşən Şərifzadə küçəsi və Mətbuat prospektində müşahidə edilməkdədir: "Bu səbəbdən həmin küçə və prospektlərdə xidmət göstərən sərnişin avtobuslarının qrafikində gecikmələr yaranır. Hazırda BNA sərnişin avtobuslarının fəaliyyətində yarana biləcək çətinliklərin aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Bununla yanaşı, paytaxt yollarına və ictimai nəqliyyat şəbəkəsinə nəzarət gücləndirilib".