XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Dekabr 2016 - 15:30

“AZAL”-ın prezidenti:“Təyyarə biletlərinin qiyməti qalxmayacaq”

azal tey

Tarif Şurası tərəfindən aviasiya yanacağının qiymətinin artırılması "Azərbaycan Hava Yolları" (AZAL) milli aviadaşıyıcısının aviabiletlərinin cari tariflərinə təsir etmir.

Bu barədə AZAL-ın mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, bunu dövlət konserninin prezidenti Cahangir Əsgərov bildirib.

 "Bütün aviaşirkətlərdə olduğu kimi AZAL-ın aviabiletlərinin qiyməti uçuş tarixlərindən və reyslərdə yerlərin doluluğundan asılı olaraq formalaşır. Biz vətəndaşlarımız üçün münasib qiymətə səyahət və işgüzar səfər etmək imkanını saxlamaq istəyirik. Aviasiya yanacağının qiymətinin artırılması şübhəsiz ki, xərclərimizə təsir göstərəcək, lakin sərnişinlər üçün aviabiletlərin tariflərinə təsir göstərməyəcək", – deyə C. Əsgərov qeyd edib.