XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

08 Dekabr 2016 - 17:27

Məhkəmə Məmmədbağır Bağırzadənin oğlunun əmlakına həbs qoyub

memmedbaqir

Mərhum xanəndə Məmmədbağır Bağırzadənin oğlunun əmlakına məhkəmə həbs qoyub.

Lent.az-n məlumatına görə, M.Bağırzadənən müğənni kimi fəaliyyət göstərən oğlu Rahim Bağırzadə barəsində aparılan məhkəmə prosesi nəticəsində belə bir qərar verilib. Artıq M.Bağırzadənin adına olan və etibarnamə ilə satdığı “Kia” markalı avtomobil yol polisləri tərəfindən saxlanılaraq dayanacağa aparılıb.

Qeyd edək ki, bir müddət əvvəl Mürvət Abdullayev adlı şəxs Yasamal Rayon Məhkəməsinə müraciət edərək R.Bağırzadənin ondan 40 min manat aldığını, lakin qaytarmadığını bildirib. M.Abdullayev R.Bağırzadənin bir sıra tanınmış şəxslərə qarşı da dələduzluq etdiyini bildirib.

R.Bağırzadə isə telekanalların birində qonaq olduğu verilişdə bəzi problemlərlə bağlı atasından qalan bağı satdığını deyib.