XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

10 Dekabr 2016 - 00:24

Bayram yaxınlaşır, bazarlarda qiymətlər “od tutub yanır” –VİDEO

bazar

Cürbəcür, müxtəlif ölçülü küknar ağacları, onu bəzəmək üçün oyuncaqlar, işıqlandırıcılar və Yeni ilin atributu sayılan şaxta babalar. Bayram yaxınlaşdıqca, hər kəs bunları almaq üçün üz tutur satış məkanlarına.

Strateq.az "ARB Kəpəz"ə istinadən xəbər verir ki, qiymət müxtəlifliyi seçim imkanını artırır.

Pambıq Hacıyev (alıcı): “Yolkanın, oyuncağın qiymətini soruşdum. Qiyməti uyğun gəlmədi. Ala bilmədim, çox bahadır”.

Artıq 5 gündür ki, Gəncənin ticarət obyektlərində, mağazalarda Yeni ilin əsas simvollarının satışı həyata keçilir. Yəni, ölçüsünə görə müxtəlif cür küknar və oyuncaqlar, zərlər, işıqlar, eləcə də Şaxta baba oyuncaqları satışda var. Kənardan bu simvollar insanı özünə cəlb etsə də, qiymətlər od tutub yanır.

Məzahir Əliyev (alıcı): “Keçən ilə baxanda, bu il iki qat bahalıqdır. Məsələn, küknar ağacı keçən il 20 manata idi, indi 40-50 manatdır”.

Yaşar Məmmədov (satıcı): “Keçən ilə baxanda qiymət 25-30 manat arası qalxıb. İşıqlar 3-5 manat arası, küknar 5 manatdan 200 manata kimidir. Oyuncaqlar da müxtəlif qiymətlidir. Qutusu 1-2 manatdır”.

Rövşən Məhərrəmov (satıcı): “Qabaq 5 manata olan indi 8 manat olub. O da dollara görədir”.