XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

10 Dekabr 2016 - 16:34

Dərindən nəfəsalmabeyni möhkəmləndirir

Sakitləşmək və gərginlikdən çıxmaq üçün dərindən nəfəsalmanın vacibliyi barədə tez-tez eşitmişik. Şimal-Qərb Universiteti alimlərinin yeni elmi-tədqiqatı dərindən nəfəsalmanın orqanizmimizdə yaratdığı möcüzəyə aydınlıq gətirir.

Azərtac “healthvesti.com” saytına istinadla xəbər verir ki, burunla bir dəfə dərindən nəfəsalma beyni möhkəmləndirir və xatirələri daha aydın canlandırır. Beynin fəaliyyətinin güclənməsi effekti əsasən insanın burunla, yoxsa ağılla nəfəs almasından, habelə nəfəsi necə alıb-verməsindən asılıdır.

Ekspertlər 60 nəfərin iştirakı ilə eksperiment aparıblar. Onların tənəffüs sistemi daim nəzarətdə olub. Məlum olub ki, insanlar qorxunc sifəti nəfəs verəndə deyil, alanda daha sürətlə eyniləşdirirlər. Bəzi iştirakçılar nəfəsalma zamanı müşahidə etdikləri obyekti daha yaxşı yadda saxlayıblar. Tədqiqatçılar bildirirlər ki, dərindən nəfəsalmanın müsbət təsiri ağızla nəfəsalma zamanı heçə enir.

Alimlər hesab edirlər ki, nəfəsvermə və nəfəsalma zamanı beynin fəallığında böyük fərq olur ki, bu da badamcıqlarda və hippokampda özünü büruzə verir. Belə ki, insanın dərindən nəfəs alması onun iybilmə qabığında, badamcıqlarında, hippokamp və limbik sistemində neyronları stimullaşdırır.