XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

12 Dekabr 2016 - 15:06

11 ay ərzində Azərbaycanda 848 nəfər yeməkdən zəhərlənib –İki nəfər ölüb

yemek

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 848 nəfər qidadan zəhərlənib, 2 nəfər isə dünyasını dəyişib.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Trend-ə verilən məlumata görə, ötən müddətdə 573 qida zəhərlənməsi hadisəsi baş verib.

Hadisələrdən 33-ü botulizmlə bağlı olub ki, onun da nəticəsində 46 nəfər zəhərlənib. Botulizm nətiəsində 2 ölüm baş verib.

Bu ilin noyabr ayında Azərbaycanda 26 qida zəhərlənməsi baş verib, bu hadisələrdən 31 nəfər zərər çəkib. Noyabr ayında 3 botulizm hadisəsi baş verib ki, bundan da 9 nəfər zəhərlənib. Noyabr ayında Bərdədə 1 nəfər pomidor turşusundan zəhərlənərək dünyasını dəyişib.