XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

14 Dekabr 2016 - 12:02

2 il sonra XI sinfin buraxılış imtahanlarınınqaydaları dəyişdiriləcək

meleyke

"2016-2017-ci tədris ilində XI sinfin buraxılış imtahanları keçən ilki kimi olacaq, yəni heç nə dəyişməyib. Sadəcə sualların nümunələri fərqli ola bilər".

"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hətta 2017-2018-ci tədris ilində də qaydalar dəyişməyəcək: "Çünki bu il 10-cu sinifdə oxuyanlar hələ iki ildən sonra məktəbi bitirəcəklər. Yəni həmin şagirdlər kurikulumla oxumayıblar. Ona görə də yalnız iki ildən sonra buraxılış imtahanlarının qaydaları dəyişəcək. Təbii ki, iki il müddətində bizim monitorinq araşdırmalarımız davam edəcək. Araşdırmaların nəticəsi olaraq 11-ci sinfin buraxılış imtahanlarında hansı dəyişikliyin olunacağı məlum olacaq".

M.Abbaszadə qeyd edib ki, 11-ci sinfin şagirdlərinə buraxılış imtahanlarında əldə etdikləri nəticələrlə orta ixtisas təhsili müəssisələrinə (kolleclər) qəbul olmaq üçün V qrupun ixtisaslarını seçməyə imkan veriləcək.