XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

14 Dekabr 2016 - 12:22

Abşeronda 3863 nəfər müəllimin maaşı verilmir –Şikayət + Açıqlama

tehsil-nazirliyi-manset

Abşeron rayonunda bir qrup təhsil işçisi məvaciblərini ala bilmir.

Bu barədə Abşeron rayonundakı məktəblərdə çalışan təhsil işçiləri bildiriblər.

Şikayətçilərin sözlərinə görə, artıq 2 aydır 3863 müəllim məvacibini ala bilmir. Müəllimlər bildirir ki, gecikmə ilə bağlı onlara heç bir açıqlama verilmir.

Məsələyə aydınlıq gətirmək məqsədilə 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi ilə əlaqə saxladıq.

Suallarımızı cavablandıran aparıcı məsləhətçi Nizami Abbasov bildirdi ki, noyabr ayının məvacibi artıq hesablara köçürülüb: "Bu gün axşamadək bütün müəllimlər əmək haqlarını alacaqlar. Dekabr ayının maaşları isə 1 həftə-10 gün ərzində hesablara yatırılacaq”.

qafqazinfo