Qaranlıqda geyimdən azad olmaq qan dövranını yaxşılaşdırır
Alimlər iddia edirlər ki, lüt yatmaq bədən və orqanizm üçün çox faydalıdır.
Strateq.az xarici mətbuata əsasən bildirir ki, günün qaranlıq vaxtında geyimdən azad olmaq qan dövranını yaxşılaşdırır. İnsan yuxulayarkən bədənin hərarəti azalmalıdr. Yuxumuz ancaq bu qayda ilə dərin və sağlam olar. Bədəni qızdıran pijama isə tərləmə və dayaz yuxuya səbəb olur.
Alimlər həmçini bu nəticəyə gəliblər ki, pijamasız yuxu süd yarasından əziyyət çəkən qadınlar üçün də xeyirlidir. Həm də göbələk infeksiyasına tutulmaq imkanını azaldır.
Bundan başqa, alimlər geyimsiz yuxu barədəm daha maraqlı bir fakt aşkarlayıblar. Məlum olur ki, bu qayda ilə arıqlamaq mümkündür. Məsələ bundan ibarətdir: biz narahat geyimdə yatarkən tez-tez oyanırıq. Bu zaman qana kortizol hormonu ifraz olunur. Bu, stress hormonudur. Geyimsiz yatsaq, tez-tez oyanmayacağıq.
Mütəxəssislər bildirirlər ki, geyimsiz yatanda yorğunluq, depressiya və pis əhvaldan azad oluruq.
Qeyd edək ki, Məhəmməd peyğəmbərə (s.ə.s.) aid edilən bir hədisdə də kişi və qadının lüt yatması tövsiyə olunub.