XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

14 Dekabr 2016 - 13:49

Fiziki şəxslərin gəlir vergisindən azadolmamüddəti uzadılır

12

Azərbaycanda fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirlərinin gəlir vergisindən azadolma müddəti uzadılır.

Strateq.az "APA-Economics"ə istinadən xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında vergilər naziri Fazil Məmmədov məlumat verib.


Onun sözlərinə görə, layihəyə əsasən banklar tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirlərinin, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividendin, diskont istiqrazlarının nominatdan aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq və faiz gəlirlərinin gəlir vergisindən azad edilməsi müddəti 5 ilə qədər, yəni 2021-ci ilin fevral ayınadək artırılır.

Strateq.az