XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

14 Dekabr 2016 - 14:14

9-cu sinif buraxılış imtahanlarında iştirak etməyənlərin aldıqları arayışla bağlıaçıqlama

"Bu ildən 9-cu sinif buraxılış imtahanlarında iştirak etməyən şagirdlər aldıqları arayışla yalnız 9 il məktəbə gedib-gəldiklərini sübut edə biləcəklər. Amma bu arayış onların müvafiq dövlət standartlarına uyğun olaraq, 9 illik proqramı mənimsəməsini təsdiq etməyəcək".

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları”nın təsdiq edilməsi ilə əlaqədar keçirdiyi brifinqdə deyib.

M.Abbaszadə əlavə edib ki, 9-cu sinif şagirdləri attestat almaq üçün mütləq buraxılış imtahanında iştirak etməlidirlər.

Onun sözlərinə görə, yeni qaydalara əsasən, 9-cu siniflər üçün attestatlara illik qiymətlər məktəb tərəfindən yazılacaq. Əlavə sətirdə isə buraxılış imtahanlarının qiymətləri yazılacaq: "Amma bu, 11-ci sinfə aid deyil. 11-ci siniflər 2 il köhnə qayda ilə attestat alacaqlar".

M.Abbaszadə deyib ki, bu il də 9-cu sinif bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istənlər üçün buraxılış imtahanında topladığı bal onun üçün müsabiqə balı hesab ediləcək.

M.Abbaszadənin sözlərinə görə, orta ixtisas təhsili müəssisələrinə qəbul qaydaları hazırlanıb. Bu qaydalar bu həftə ərzində aidiyyəti quruma təqdim ediləcək: "Hüququmuz var ki, buraxılış imtahanlarının qaydaları təsdiq edildikdən sonra bunun əsasında orta ixtisas təhsili müəssisələrinə qəbul qaydalarını Nazirlər Kabinetinə təqdim edək. Bu həftə ərzində qaydalar aidiyyəti quruma təqdim ediləcək. Bu məsələ Təhsil Nazirliyi ilə birgə müzakirə olunub".