XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 December 2016 - 14:50

Bakıda daha 9 keçid tikiləcək –“Sabunçu körpüsü”nün yaxınlığındakı keçidin tikintisi son mərhələdədir

kecid

Yaxın zamanda daha 9 yerdə keçidlərin tikintisinə başlanılacaq.

Bu sözləri “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Azərtac-a müsahibəsində deyib.

Bu keçidlər Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci kilometri (Ceyranbatan qəsəbəsi), Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü kilometri (Hökməli dairəsinin yaxınlığı), Yasamal rayonu Hüseyn Cavid parkının qarşısında (yeraltı keçid ), Mərdəkan-Zuğulba yolunda ( “Xrustalnı” deyilən ərazi ), Qala-Pirallahı avtomobil yolunun 3.6-cı kilometri, Zığ-Hövsan avtomobil yolunun 2.6-cı kilometri, Xətai rayonu Neapol küçəsi ( 171 nömrəli məktəbin yaxınlığı ), həmçinin M.Hadi və S.Ə.Şirvani küçələrinin kəsişməsi, Moskva prospekti, “Şamaxinka” deyilən ərazilərdə olacaq.

“İnşası aparılan və yeni inşa olunacaq yerüstü piyada keçidləri 1 və 2 aşırımlı (orta dayaqlı) olmaqla yüngül konstruksiyaya malikdirlər. Keçidlərin bir neçəsi istisna olmaqla əksəriyyətinin üstü açıq və pilləkən hissədən ibarətdir”- deyə o, vurğulayıb.

Yaxın zamanlarda zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası nəzərdə tutulub: “Hazırda İlkin olaraq 11 yerdə keçidlərin inşası aparılır. Artıq həmin keçidlərdən ikisində işlər yekunlaşmaq üzrədir. Bu Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12-ci kilometrində və Zabrat-Maştağa avtomobil yolunun “Sabunçu körpüsü”ndən düşən hissəsində inşa edilən yerüstü piyada keçidləridir. Bakı-Sumqayıt yolundakı keçiddə artıq son tamamlanma işləri aparılır. Belə ki, keçidin pilləkən və asma hissəsi tam hazırdır, dirəklərin üzlənməsi işləri görülür. “Sabunçu körpüsü”nün yaxınlığındakı keçidin tikintisi isə son mərhələdədir”.