XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

16 Dekabr 2016 - 13:46

“Əgər bağda bağban, mühafizəçi, xidmətçi varsa,…” –Nazirdən vergi açıqlaması

fazil

"Bəzi fəaliyyət növlərinin sadələşdirilmiş vergiyə cəlb olunması ilə bağlı Vergi Məcəlləsinə dəyişiklik bu işçilərin vergiyə cəlb edilməsi üçün deyil". 

Strateq.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında vergilər naziri Fazil Məmmədov bildirib.

"Bu gün nə Dövlət Statistika Komitəsi, nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, nə də Vergilər Nazirliyi tərəfindən ölkədə işsizliyin səviyyəsinin dəqiq uçotunu və iqtisadi təhlillərini aparmaq mümkün deyil. Həqiqətən də ölkədə işləyənlərin sayı çoxdur. Əgər əhalinin bir hissəsi evlərdə işləyirsə, siz niyə nəzərə almırsınız ki, bu şəxsləri işə götürən də var. Bundan başqa, kimsə bağında bağban saxlayır. 

Deməli, o şəxsin sosial vəziyyəti yaxşıdır. Əgər bağda bağban, mühafizəçi, xidmətçi varsa, bu dəyişiklik işçinin uçotunu aparmağa imkan verəcək. 

Bu dəyişikliklər dövlət büdcəsinin gəlirlərinin təmin olunması məqsədinə xidmət etmir. Milyonlarla vəsaiti olanlar var ki, evinə 5 həkim gətizdirib, xəstələrinə xidmət etdirir. Nə üçün onlar vergi ödəməməlidir? Siz (millət vəkillərinə müraciət edir – red.) hansı təbəqədən danışırsınız? Sosial təbəqədəndirsə, burda söhbət sosial təbəqədən getmir, işəgötürən tərəfindən ödənilməsindən gedir", – deyə nazir vurğulayıb.