XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

16 Dekabr 2016 - 23:38

“Mövcud su təchizatı və kanalizasiya sistemi hazırkı tələbatı ödəmək gücündə deyil” – Abid Şərifov

abid-2

“Son illər əhalinin sayının artması və dinamik inkişaf nəticəsində Abşeron yarımadasının mövcud su təchizatı və kanalizasiya sistemi hazırkı tələbatı ödəmək gücündə deyil”. 

Bunu bu gün Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyevin 2016-cı il 11 noyabr tarixli Sərəncamına əsasən yaradılan işçi qrupunun ilk iclasına sədrlik edən baş nazirin müavini, işçi qrupunun üzvü Abid Şərifov bildirib.

Bunun bir sıra problemlər yaratdığını qeyd edən A. Şərifov bu sahədə mövcud problemlərin öyrənilməsi və aradan qaldırılması məqsədilə müvafiq qurumlardan rəylər alınaraq “Master Plan” hazırlandığını açıqlayıb: “Paytaxtın bəzi qəsəbələrində kanalizasiya sisteminin olmaması içməli su mənbələrinin çirklənməsinə gətirib çıxarır ki, bu da yoluxucu xəstəliklərin yayılması riskini artırır. Sonuncu güclü yağışlar paytaxtın Binəqədi rayonunda, Bayıl, Kürdəxanı qəsəbələrində, habelə Abşeron rayonunda bir sıra ciddi problemlər yaradıb. Bu problemlərin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi olduqca mühüm əhəmiyyət daşıyır”.

A.Şərifov Azərbaycan prezidentinin diqqət və qayğısı nəticəsində son illərdə respublikamızın əksər bölgələrində içməli su-kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin reallaşdırıldığını diqqətə çatdırıb.

Qeyd edib ki, bu, eyni zamanda, dövlətimizin başçısının əhalinin sağlamlığına verdiyi önəmin göstəricisidir.

APA