XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Dekabr 2016 - 12:28

“Sovetski”dəki yeni dayanacaq və keçidlərinsayı açıqlandı

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın "Sovetski" adlanan ərazisində aparılan yenidənqurma işləri çərçivəsində yaradılacaq dayanacaq və piyada keçidlərinin sayını açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə BNA-nın baş direktoru Vüsal Kərimli qurumun bir illik fəaliyyətinə həsr olunmuş mətbuat konfransında bildirib.

Baş direktor bildirib ki, "Sovetski”də aparılan yenidənqurma və abadlıq işləri çərçivəsində yol infrastrukturu layihəsi ilə əlaqədar BNA tərəfindən mütəmadi olaraq müvafiq dövlət qurumları və podratçı təşkilatlarla müzakirələr aparılıb, həmin əraziyə aid statistik məlumatlar araşdıraraq təqdim edilib və təkliflər verilib:

"Eyni zamanda Agentlik tərəfindən “Sovetski” ərazisində salınan yeni yollarda yol hərəkətinin təşkili məqsədilə 2 svetofor obyektinin, 11 avtobus dayanacaq məntəqəsinin və 16 məntəqədə piyada keçidlərinin yerləri müəyyənləşdirilib".