XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

21 Dekabr 2016 - 13:26

Avtobusların iştirakı ilə baş verən qəzaların sayı80 faiz azalıb

Bir il ərzində Bakıda sərnişin avtobuslarının iştirakı ilə baş verən qəzaların və ölüm hallarının statistikasında 80 faiz azalma müşahidə olunub.

Azərtac xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli Bakı Nəqliyyat Agentliyinin 1 illik fəaliyyətinə həsr olunan mətbuat konfransında deyib.

O bildirib ki, Bakı şəhərində 450 ədəd avtobusun nağdsız ödəniş – vahid kart sisteminə qoşulması təmin edilib. 1551 ədəd avtobusa quraşdırılan GPS izləmə cihazları vasitəsilə avtobusların real vaxt rejimində hərəkət istiqamətləri, kəskin sürətlənmə, tormozlama, sürət həddini aşması və digər pozuntuların qeydiyyatı və təhlili, avtobusların yerləşdikləri məntəqələrin koordinatlarının təyin edilməsi mümkün olacaq.