XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Dekabr 2016 - 15:55

Vüsal Kərimli:"Nəqliyyat axını nəzərə alınmadan tikilən binalarla bağlı araşdırma aparılmalıdır"

Nəqliyyat axını nəzərə alınmadan salınan yaşayış kompleksləri ilə bağlı araşdırma aparılmalıdır.

Azərtac xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli Bakı Nəqliyyat Agentliyinin 1 illik fəaliyyətinə həsr olunan mətbuat konfransında deyib.

O bildirib ki, Bakının mərkəzi yollarında salınan bəzi yaşayış kompleksləri birbaşa əsas yola çıxır. Bu da hərəkət axınına təsir edir. Bundan əlavə, hər bir yaşayış kompleksi salınarkən orada yaşayacaq sakinlərin nəqliyyat əmsalı nəzərə alınmalıdır.

V.Kərimli qeyd edib ki, hər bir yaşayış kompleksində orada yaşayacaq sakinlərin minimum 75 faizini təmin edəcək dayanacaqlar olmalıdır. Hal-hazırda məsələ ilə bağlı müvafiq dövlət qurumları ilə danışıqlar aparılır. Yəqin ki, gələn il bununla bağlı qərarlar veriləcək.

Tbilisi prospektində yaranan tıxaclara əsas səbəb kimi məhz bir sıra yaşayış komplekslərinin birbaşa prospektə çıxışının olması göstərilib.