XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Dekabr 2016 - 18:16

Şagirdlər üçün avtobus servisləritəşkil ediləcək

Məktəblərdə şagirdlər üçün avtobus servislərinin təşkil olunması strateji planımızda var.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli Bakı Nəqliyyat Agentliyinin 1 illik fəaliyyətinə həsr olunan mətbuat konfransında Azərtac-ın sualını cavablandıraraq deyib.

O bildirib ki, məktəblərdə bu cür servislərin təşkili Avropa və digər ölkələrdə tətbiq olunur. Azərbaycanda da bu məsələnin həlli üçün yerli, müvafiq qurumlar tərəfindən işlər görülməlidir. Bundan sonra biz bu məsələ ilə bağlı hesablamalar aparıb, planlar hazırlayacağıq. Qeyd edim ki, bu məsələ bizim strateji planımızda var.