XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

22 Dekabr 2016 - 10:19

Mübariz Qurbanlı:“Orta məktəb dərsliklərində dinlə bağlı məlumatlar yetərli deyil”

mubariz

 “Orta məktəblərimizin “Tarix” və “Həyat bilgisi” dərsliklərində dinlə bağlı məlumatlar var. Amma Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hesab edir ki, bu, yetərli deyil”.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, artıq Rusiyada orta məktəb proqramlarında dinlə bağlı məsələlər daha da genişləndirilib: “İspaniyada da orta məktəblərdə uşaqlara dinlə bağlı mükəmməl məlumat verilir. İnsanın dinlə bağlı mükəmməl məlumatı varsa, o, başqalarının təsirini altına düşmür. Çünki ağıllı adamı yoldan çıxarmaq mümkün deyil”.

M.Qurbanlı heasab edir ki, evdə hər bir valideyn də öz övladına dinimizi, mənəvi dəyərlərmizi izah etməyə çalışmalıdır.