XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

23 Dekabr 2016 - 22:30

“Yaşayış evlərinin həyətlərindən qaz çıxır” –Təhlükəli vəziyyət (VİDEO)

ev-heyet-tikili

Yaşayış evlərinin həyətlərindən və yaxınlığında yerin altından qaz çıxır. Abşeron rayonu Masazır kəndi Sarı Aşıq və Əziz Əliyev küçəsində evlərin əksəriyyətində partlayış və zəhərlənmə təhlükəsi var.

Xəzər xəbər-in məlumatına görə, yerin altından qaz çıxır.Yaxınlıqdakı evlərə təhlükə var.

Söhbət Abşeron rayonu Mazasır kəndində yerləşən bir neçə yaşayış evindən gedir.

Sakinlər deyir ki,vəziyyət bir neçə ildi ki davam edir. Son vaxtlar isə bu proses daha da güclənib. Ətrafdan keçənlərin qazı yandırması xüsusilədə küləkli havada təhlükəni artırır. Çünki evlər yaxınlıqda olduğundan hər an yanğın baş vermə ehtimalı var.

Maraqlısı budur ki, yerin altından qaz çıxmasına baxmayaraq evlərin əksəriyyətində qaz yoxdur.

Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin müavini Fəxrəddin Hacıbəyli də ərazidə təhlükənin artdığını bildirir.

Bunun üçündə ərazi nəzərətə götürülüb. Baş verə biləcək təhlükənin qarşısını almaq üçün evlərin yaxınlığında qərərgah yaradılıb. Qərərgahda Fövqəladə Hallar Nazirliyinin bir yanğınsöndürən avtomobili və Təcili tibbi yardım maşını gündəlik növbə çəkir.

Abşeron rayon icra hakimiyyətindən isə sakinlərə cavab məktubunda bildirilib ki, ərazidə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən manitorinqlər aparılıb. Monitorinqlər nəticəsində yeraltı sızmalardan ibarət qazın tərkibinin sağlamlıq üçün çox təhlükəli olduğu müəyyən edlib. Ərazidə hə an partlayış və zəhərlənmə təhlükəsi olduğundan müvafiq tədbir görülənə qədər başqa ərazilərə köçmək tövsiyyə olunur.