XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

23 Dekabr 2016 - 23:53

“Əhalinin müəyyən təbəqəsi var ki, onların sosial vəziyyəti ağırlaşıb” –YAP-çı deputat

aydin-mirz%c9%99zad%c9%99

"Prezident İlham Əliyevin tapşırığı ilə Tarif (qiymət) Şurasının bir müddət əvvəl elektrik enerjisi və təbii qaz tariflərinə tətbiq etdiyi limitlə bağlı qərarına yenidən baxması dövlət başçısının əhalinin sosial problemlərini daim diqqətdə saxlamasından xəbər verir".

Strateq.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Millət vəkili bildirib ki, Şuranın əvvəlki qərarı iqtisadi zərurətdən irəli gəlsə də, əhalinin müəyyən aztəminatlı hissəsinə bu limit kifayət etmirdi: 

"Əhalinin müəyyən təbəqəsi var ki, onların sosial vəziyyəti ağırlaşıb. Prezident sosial problemləri nəzarətdə saxlayaraq və çoxsaylı müraciətləri nəzərə alaraq məsələyə reaksiya verdi. Bu qərar atıq köhnə qiymətlərlə ödəniş edən abunəçilərin sayını xeyli dərəcədə artıracaq, qalan vəsaitlərin digər zəruri ehtiyaclara sərf edilməsinə səbəb olacaq. Bu bir daha onu göstərir ki, dövlət həmişə vətəndaşların sosial vəziyyətinin yaxşılaşmasını diqqətdə saxlayır".

Qeyd edək ki, Azərbaycan Prezidentinin tapşırığı ilə Tarif (qiymət) Şurasının yeni qərarına əsasən, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Təbii qazın pərakəndə satış tarifi isə əhali üzrə illik istehlak həcmi 1700 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.

Xatırladaq ki, noyabrın 28-də Tarif (qiymət) Şurasının qərarı ilə elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilmiş, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılmış, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilmişdi.

Eləcə də təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılmış, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilmişdi.