XƏBƏR LENTİ

23 Yanvar 2021

Digər Xəbərlər

24 Dekabr 2016 - 12:43

Güzəştli limit təbii qazla təmin olunan abonentlərin1,5 milyonunu əhatə edəcək

Ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı artıq 2 milyona çatır. Azərbaycan Respublikası Tarif (qiymət) Şurası tərəfindən təbii qazın istifadəsində tətbiq edilən güzəştli limitin artırılması ölkə üzrə təbii qazla təmin olunan abonentlərin təxminən 1,5 milyonunu əhatə edəcək.

Azərtac xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun istismar və satış üzrə müavini Ruslan Əliyev deyib.

“Prezident İlham Əliyevin tapşırığı əsasında Tarif Şurası tərəfindən təbii qazın istifadəsində tətbiq olunan güzəştli limitlərin həcminə yenidən baxılıb və təbii qaz üçün təsdiqlənmiş illik istehlak həcmi 1500 kubmetrdən 1700 kubmetrə artırılıb. Bu da o deməkdir ki, təxminən 2 milyona yaxın olan abonentlərimizdən 1,5 milyonu həmin güzəştli limitdən istifadə edə biləcək. Təbii qazın istifadəsində tətbiq olunan güzəştli limitin artırılması ölkə başçısının Azərbaycan vətəndaşının rifahının yaxşılaşdırılmasını birinci sırada tutduğunu bir daha sübut etdi”, – deyə “Azəriqaz”ın rəsmisi əlavə edib.