XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

24 Dekabr 2016 - 12:47

İlham Əliyev Azərbaycanda sosial mənzillərintikintisinə start verdi

İlham Əliyev Yasamal Yaşayış Kompleksində ilk 9 mərtəbəli binanın və məktəb binasının təməlqoyma mərasimində iştirak edib.

Dekabrın 24-də Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində inşa ediləcək ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlqoyma mərasimi keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev dövlət başçısına yaşayış kompleksində görüləcək işlər barədə məlumat verib.

Prezident İlham Əliyev Yasamal Yaşayış Kompleksində inşa olunacaq ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlini qoyub.

Sonra dövlət başçısı mərasimdə çıxış edib.