XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

24 Dekabr 2016 - 15:03

İşə qəbul zamanı bu sənəd tələb ediləcək– İxtisaslar üzrə

İnsanlar ömürboyu formal təhsildən kənar müəyyən bacarıqlar (xarici dil bilikləri, İKT, idman dərəcələri, dayəlik, usta yanında şagirdlik və s.) və səriştələr əldə edirlər. İş yerində əmək prosesində təlimlər, könüllü fəaliyyət və s. vasitəsilə bir sıra mühüm səriştə və bacarıqların əldə edilməsi informal və qeyri-formal təhsil kimi tanınır və dünyada təhsilin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilir.

Lent.az-ın məlumatına görə, bu Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsində qeyd olunub.

Strateji Yol Xəritəsində  bildirilib ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda təhsilin üç forması (formal, informal, qeyri-formal) qeyd olunub. Formal təhsil – dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil forması, informal təhsil – özünütəhsil yolu ilə biliklərə yiyələnmənin forması, qeyri-formal təhsil – müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil forması kimi müəyyən edilib. İnsan kapitalının əhəmiyyətinin artdığı və rəqabətin yüksək olduğu müasir dövrdə fərdlər, cəmiyyət və iqtisadiyyatın inkişafı üçün bu bacarıqların və səriştələrin tanınması çox böyük əhəmiyyət kəsb edir. Azərbaycanda bacarıqların bu yolla tanınması və bundan sonra işə qəbul zamanı peşə ixtisasını təsdiq edən sənədin tələb edilməsi ilə qarşıya qoyulan məqsədə nail oluna bilər. Hal-hazırda işə qəbul zamanı peşənin mürəkkəbliyindən asılı olaraq ümumi orta, orta-ixtisas və ya ali təhsili təsdiq edən sənəd tələb edildiyi halda, peşə ixtisasını təsdiq edən sənəd işə qəbul zamanı tələb edilmir. Bu, bazarda fəal əməklə məşğul olan əhalinin böyük bir hissəsinin heç bir ixtisasının olmaması ilə nəticələnmişdir. Ümumtəhsil məktəblərini bitirən və digər təhsil pillələrinə istiqamətlənməyən məzunların heç bir sahədə ixtisaslaşma əldə 38 etməməsi isə ölkə iqtisadiyyatında rəqabətqabiliyyətli istehsalın yaradılmasına əngəllər törədir. Peşə ixtisas sənədinin tələb edilməsi, öz növbəsində, bütün sahələrdə əməyin təhlükəsizliyində, əmək məhsuldarlığının yüksəlməsində və rəqabətqabiliyyətli məhsul istehsalında, iş və xidmətlərin göstərilməsində müsbət nəticə verəcək.

Bununla bağlı olaraq, Təhsil Nazirliyi informal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması mexanizmi ilə bağlı normativ hüquqi sənəd qəbul edəcək. Bu mexanizmə görə, peşə təhsili müəssisələrinin bazasında səriştələrin tanınması mümkün olan ixtisaslar müəyyənləşdiriləcək.

İnformal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması həyata keçirildikdən sonra əmək bazarına daxil olmaq istəyən şəxslərin peşə ixtisasını təsdiq edən sənədin icbariliyi ilə bağlı normativ hüquqi sənədin qəbul edilməsi nəzərdən keçiriləcək. Gələcəkdə işə qəbul zamanı peşə ixtisasını təsdiq edən sənədin tələb olunacağı ixtisaslar müəyyənləşdiriləcək.

Bu prioritetin həyata keçirilməsi nəticəsində ölkədə əmək bazarına daxil olan ixtisaslı kadrların sayı xeyli artacağı gözlənilir.