XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021

Digər Xəbərlər

24 Dekabr 2016 - 17:20

Müəllimlərin attestasiyasıkeçiriləcək

mekteb

Müəllimlərin biliklərinin diaqnostik qiymətləndirilməsi yekunlaşdıqdan sonra attestasiya keçiriləcək.

Bunu təhsil naziri Mikayıl Cabbarov “Təhsil Tv”-nin “Media ilə üz-üzə” verilişinə müsahibəsində deyib.

Ümumtəhsil müəssisələrində müəllimlərin əməkhaqqında differensiallaşdırma sisteminin tətbiq olunacağını deyən Nazir bildirib ki, attestasiya yalnız  müəllimlərin əmək müqavilələrinin vaxtını uzatmaq yaxud da müqaviləyə xitam vermək məqsədi ilə keçirilmir: “

Attestasiyanın keçirilməsi təhsil sisteminin inkişafı üçün labüd haldır. Müəllimlərin bilikləri, nailiyyətləri, təhsil müəssisələrinin nəticələrinə və digər meyarlara görə differensiallaşdırılmış əməkhaqqı tətbiq olunacaq. Attestasiyada müvafiq balı keçə bilməyən müəllimlər ixtisasartırma kurslarına gedə bilərlər”.

Təhsil naziri əlavə edib ki, attestasiyanın keçirilmə tarixi haqda əvvəlcədən məlumat veriləcək ki, müəllimlərin də hazırlaşmağa imkanı olsun.

Nazirin sözlərinə görə, 3 il əvvəl aparılmış islahatlar nəticəsində müəllimlərin orta aylıq əməkhaqqı məbləğinin ölkə üzrə orta aylıq əməkhaqqından 40 % aşağı olduğu müəyyən olunub: “ Bu da peşə seçiminə çox mənfi təsir göstərir. İstedadlılar əməkhaqqı azdır deyə  müəllimlik peşəsini seçmirdilər. Ancaq diaqnostik qiymətləndirmə nəticəsində müəllimlərin orta aylıq əməkhaqqısı respublika üzrə orta aylıq əməkhaqqı ilə çox yaxınlaşıb. Peşə seçimində rəqabətlilik bərpa olunub.