XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

27 Dekabr 2016 - 11:14

Gömrükçülər Azərbaycana gətirilən 115 min pirotexniki vasitə aşkar edib

pirotexnik

Tovuz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda pirotexniki vasitələrin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, gömrük idarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn Gürcüstan vətəndaşının idarə etdiyi “Mercedes-Benz Sprinter” markalı minik avtomobilinə stasionar qurğuda gömrük baxışı keçirilib. Gömrük baxışı zamanı minik maşınının yuxarı dam hissəsində gömrük nəzarətindən gizlədilmiş 115 min 200 ədəd pirotexniki vasitələr aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.