XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

27 Dekabr 2016 - 13:04

Qaz xəttindəki yanğına görə Bakı və Sumqayıtda işıqla bağlı fasilə yaranıb –"Azərişıq"dan açıqlama

yanqin-qaz

Bakı və Sumqayıtdakı elektrik stansiyalarının qaz təchizatı dayandırılıb.

“Azərişıq”ASC Mətbuat Xidmətindən verilən məlumata görə, Səngəçaldakı qaz qovşağından çıxan magistral qaz xətlərindən birində baş vermiş qəza nəticəsində ASC-nin Bakı və Sumqayıt şəhərlərindəki elektrik stansiyalarına verilən qaz təchizatı dayandırılıb.

Bununla əlaqədar olaraq, “Azərişıq” ASC-nin şəbəkələrində də qismən məhduduyyətlər tətbiq edilib və elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yaranıb.

Yaranmış narahatlığa görə “Azərişıq” abonentlərindən üzr istəyir.