XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

27 Dekabr 2016 - 13:19

Bakıda müayinə nəticəsində 52 min uşaqda xəstəlik aşkar edilib –62 faizi müalicədən sonra sağalıb

Mother taking care of her sick daughter

Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində olan 55 tibb müəssisəsi tərəfindən 730 min 606 uşağa tibbi xidmət göstərilir.

Statistik məlumatlara əsasən, uşaqlar arasında ilkin xəstəliklərin sayı 2014-cü ilə nisbətən bir qədər azalıb və bu xəstəliklərin 25 faizi məhz icbari tibbi müayinələr zamanı aşkar olunub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu faktlar 2016-cı ilin 11 ayı ərzində Bakı şəhəri üzrə uşaqların dispanserizasiyadan keçirilməsinə dair hesabatda əks olunub.

Hesabatda qeyd olunur ki, bu ilin 11 ayı ərzində uşaq poliklinikaları tərəfindən 633 min 936 uşaq (93 faiz) icbari tibbi müayinəyə cəlb edilib. Müayinələr nəticəsində xəstəlik aşkar edilmiş 52 min 323 uşaqdan 18 min 349-u dispanser qeydiyyatına alınmış, 1295-i ixtisaslaşmış xəstəxanalara yerləşdirilib, qalanları isə ambulator müalicəyə cəlb olunub.

Aparılan müalicələr nəticəsində xəstələrin 62 faizi sağalaraq qeydiyyatdan çıxarılıb.