XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

27 Dekabr 2016 - 14:03

Radiasiya Problemləri İnstitutunun direktoru:“Azərbaycanda radioaktiv çirklənmə yoxdur”

radiasiya

 “Azərbaycan nüvə ölkəsi olmadığından ölkəmizdə radioaktiv çirklənmə, demək olar ki, yoxdur”.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru, professor Oqtay Səmədov açıqlama verib. (modern.az)

“Ölkə ərazisində radiasiya ilə bağlı vaxtaşırı monitorinq keçirilir. Torpaqlardan nümunələr götürülür və onun üzərində təhlükənin olub-olmadığı öyrənilir. Azərbaycanın nüvə təhlükəsizliyi normal vəziyyətdədir. Bunu keçirilmiş sınaqlara əsasən demək olar. Amma gələcəkdə isə necə olacağını deyə bilmərəm. Çünki Ermənistanda Metsamor Atom Elektrik Stansiyası (AES) var. Bu region üçün müəyyən qədər təhlükədir. Dövlət də bu istiqamətdə çox ciddi işlər aparır.

 Hətta sentyabr ayında keçirilmiş Nüvə Enerjisi üzrə Beynəlxalq Agentlikdə bu məsələ qaldırılıb. İlk dəfə olaraq da bizimlə yanaşı, qardaş ölkə Türkiyə də bu məsələdə  bizə dəstək verərək, Metsamor AES-n fəaliyyətinin dayandırılmasını istədi”-deyə o əlavə edib.