XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

27 Dekabr 2016 - 14:47

Yanğınla bağlı elektrik enerjisində yaranmış məhdudiyyət aradan qaldırılıb –“Azərenerji"

yanqin-qaz

"Azərenerji" ASC-nin sistemində istehsal və ötürmə ilə bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb.

ASC-nin mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı  bildirib ki, sistemin dayanıqlığı təmin edilib: "Hazırda sistem tam gücü ilə işləyir. "Azərenerji" ASC tərəfindən elektrik enerjisi sistemində yaranmış məhdudiyyəti saat 14:20-də aradan qaldırılıb, sistemin dayanıqlığını təmin edilib". (APA)

Xatırladaq ki, bu gün Səngəçaldakı qaz qovşağından çıxan magistral qaz xətlərindən birində baş vermiş qəza nəticəsində "Azərenerji" ASC-nin iki stansiyasının təbii qazla təchizatında məhdudiyyətlər olub.

Qaz təchizatı məhdudlaşdırılan elektrik stansiyaları 400 meqavatlıq "Şimal" və 525 meqavatlıq "Sumqayıt" stansiyalarıdır.