XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

27 Dekabr 2016 - 22:01

Azərbaycan ərzaq məhsullarına ən çox pul xərclənən ölkələr arasındadır –Dünya İqtisadi Forumu

 

erzaq-

Dünya İqtisadi Forumunun verdiyi məlumata görə, dünyanın doqquz ölkəsində ailə gəlirlərinin 40 faizindən çoxu ərzaq məhsullarına sərf edilir. Bu ölkələr arasında Azərbaycan və Qazaxıstan da göstərilir.

Dünyada yalnız səkkiz ölkədə ailə gəlirlərinin 10 faizindən az hissəsi ərzaq məhsullarına xərclənir. Bu ölkələrin dördü Avropadadır. Bunlar Britaniya (8.2%), İsveçrə (8.7%). İrlandiya (9.6%) və Avstriyadır (9.9%). (Amerikanın səsi)

Birləşmiş Ştatların Kənd Təsərrüfatı Departamentinin verdiyi məlumata görə, amerikalılar ailə gəlirlərinin 6.4 faizini ərzaq məhsullarına sərf edir. ABŞ Sinqapur (6.7%), Kanada (9.1%) və Avstraliya (9.9%) ilə ailə gəlirlərinin 10 faizdən az hissəsinin ərzaq məhsullarına sərf edildiyi daha dörd ölkə arasındadır.

Dünya İqtisadi Forumunun xəritəsində göstərilir ki, ölkə nə qədər inkişaf etmiş olsa, ailə gəlirlərinin daha az hissəsi ərzaq məhsullarına xərclənir.

Nigeriya ailə gəlirlərinin 40 faizindən çox hissəsinin ərzaq məhsullarına xərcləndiyi dünya ölkələri arasında birinci yerdədir. Ölkə əhalisi gəlirlərinin yarıdan çoxunu- 56.4 faizini ərzaqa sərf edir. Nigeriya ilə yanaşı Afrikanın daha dörd ölkəsi-Keniya (46.7%), Kamerun (45.6%) və Əlcəzair (42.5%) bu kateqoriyada göstərilir.

Ərzaq məhsullarına ən çox vəsait xərclənən daha dörd ölkə isə Asiyadadır. Bunlar Qazaxıstan (43.0%), Filippin (41.9%), Pakistan (40.9%) və Azərbaycandır (40.1%).

Cənubi Amerikada ailə gəlirlərinin 40 faizindən çoxunun ərzaq məhsullarına sərf edilən yeganə ölkə 40.6 faizlə Qvatemaladır. Dünya İqtisadi Forumu bildirir ki, bu göstəricilər ərzaq məhsullarının Nigeriyada ABŞ-dan daha baha olması ilə izah edilmir. Amerikalı bir ildə orta hesabla ərzaq məhsullarına 2 min 392 dollar xərclədiyi halda, nigeriyalının sərf etdiyi vəsait bunun yarısını-1132 dollar təşkil edir. Keniya vətəndaşı ərzaq məhsullarına orta hesabla 543 dollar pul xərcləyir.

Dünya İqtisadi Forumu bunun əsas səbəbinin ölkə daxilində iqtisadi qeyri-bərabərliklə izah edir.

Birləşmiş Ştatlarda son 25 ildə yoxsul ailələrinin 20 faizi ərzaq məhsullarına 28.8 faizlə 42.6 faiz sərf etdiyi halda, ən zəngin ailələrin 20 faizi gəlirlərinin yalnız 6.5 faizdən 9.2 faizinə qədərini ərzağa xərcləyir.