XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 March 2015 - 07:19

Azərbaycan təhsil sistemi “Boko-haram”-a işləyir

Boko Haram'a karşı Boko Helal

Kamerunda yeni kampaniya başlayıb. “Boko-halal” adlı kampaniyanın məqsədi “Boko-haram”a qarşı sivil mübarizə aparmaqdır.

Bildiyimiz kimi, “Boko-haram” Nigeriyada Məhəmməd Yusif adlı bir vaiz tərəfindən yaradılıb. “Boko-haram” Nigeriya xalqlarının dilində “Avropatərzli təhsil haramdır” mənasına gəlir. ölkənin müstəmləkəçiliyə qarşı həssas və vətənpərvər gəncləri bu aldadıcı şüarın cazibəsiylə oxuduqları ali məktəbləri belə atıb hərəkata qoşulurlar. Qərb imperializminə qarşı mübarizə adıyla fəaliyyət göstərən terror təşkilatı isə başlanğıcda bir-iki kilsə partladıb gözə kül üfürsə də, ən böyük zərbəni müsəlman əhaliyə vurur. “Boko-haram” terroru nəticəsində indiyə qədər 10 minlərlə insan həyatını itirib, milyonlarla əhali evini-eşiyindən didərgin düşüb. Təkcə, ötən il bu zülmdən qaçanların sayı 250 min nəfərdir.

“Boko-haram” vəhşətinin gözüyaşlı qoyduğu ölkə yalnız Nigeriya da deyil. Qonşu dövlətlər də bu vəhşətdən öz nəsibini alırlar və Kamerun ən ağır bədəllər ödəyən ölkələrin başında gəlir. Təşkilatın ötən ay ən həyata keçirdiyi ən səs-küylü hadisə bu Afrika ölkəsinin Fotokol qəsəbəsi olub. Qəsəbəyə hücum edən terroristlər bir-bir evlərə girib 100-dən artıq adamın başını kəsiblər. üç məscid yandırılıb. Qurbanların əsasən sufi təriqətinin mənsubu olduğu xəbər verilir. İndiyə qədər Kamerunda “Boko-haram” qurbanlarının dəqiq statistikası isə bilinmir

Kamerun indi bu terror təşkilatına qarşı həm hərbi, həm də sivil mübarizəyə başlayıb. “Boko-halal” kampaniyası da sivil mübarizə formasının tərkib hissəsidir. Kampaniya çərviəsində mədrəsələrdə dünyəvi elmlərin təbliğinə qərar verilib. Peyğəmbərin “elm çində belə olsa arxasınca gedin” hədisini devizə çevirən təhsil mütəxəssisləri şagirdlərə İslamın sülh, qardaşlıq və elmə ciddi önəm verən din olduğunu başa salır, onları oxumağa təşviq edirlər. Kampaniyanın başlıca məqsədi gələcəyin kamerunlularını “Boko-haram”dan uzaq tutmaqdır. Valideynlərin də bu kampaniyaya həvəslə dəstək verdikləri bildirilir.

Afrikanın bu məzlum ölkəsindən Azərbaycana nəzər salanda isə tamamilə başqa mənzərələrin şahidi oluruq. Məktəbli qızları başlarına hicab taxdığı üçün təhsil ocaqlarına buraxmayan hökumətimiz şüurlu, ya da şüursuz sanki nigeriyalı Məhəmməd Yusifin təliminə su tökürlər. Fərqində deyillər ki, həyata keçirilən bu təhsil siyasəti yalnız və yalnız “Boko-haram” tipli terror təşkilatları formalaşdıra bilər.

Allah ağıl versin.

Heydər Oğuz