XƏBƏR LENTİ

25 Sentyabr 2020

Digər Xəbərlər

29 Dekabr 2016 - 00:58

Məzarlıqlarla bağlı yeni qaydalar –VİDEO

qebir

Qəbiristanlıqlarda qaydasızlıq müşahidə edilir. Dəbdəbəli qəbir yerləri götürülür, bir sıra vətəndaşlar sağ olarkən yer zəbt edirlər. Bütün bunların qarşısını almaq üçün məzarlıqlar haqqında qanun layihəsi hazırlanıb və Milli Məclisə təqdim edilib. Yeni qaylarda əsaslı dəyişikliklər var.

Xəzər Xəbər-in məlumatına görə, qəbiristanlıqlarda qayda-qanun olacaq, hətta məzarlar nömrələnəcək.

Qaydalar yeni salınacaq qəbiristanlıqlara aiddir. Qanunun geriyə qüvvəsi olmadığından mövcud məzarlıqlarda onların tətbiqi mümkün olmayacaq. Yeni qaydalara əsasən, başdaşı və qəbir yerləri də standart olacaq.

Bu qaydaların tətbiqinə bələdiyyələrin nəzdində yaradılacaq dini idarələr nəzarət edəcək. Mərhumun nəşi basdırılarkən onların yaxınları məhz bu idarəyə müraciət edəcəklər. İsrafçılığın və dəbdəbənin qarşısını almaq üçün dəfn xərcləri də diqqətdə saxlanılacaq.

Qanun Milli Məclisdə müzakirə edildikdən sonra qüvvəyə minəcək.