XƏBƏR LENTİ

21 Sentyabr 2020

Digər Xəbərlər

29 Dekabr 2016 - 14:36

Ailədə zorakılığa əl atan azərbaycanlıların 91 faizi ali təhsili olmayanlardır-Unversitet bitirənlərin cəmi 1 faiz gücə əl atır

meiset-zorakilq   

Azərbaycanda məişət zorakılığını törədən şəxslərin təhsil səviyyəsi açıqlanıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov komitənin kollegiya iclasında bildirib ki, məişət zorakılığını törədən şəxslərin 1,1%-i ali, 3,8%-i orta ixtisas, 3,2%-i ilk peşə ixtisas, 91,9%-i isə tam orta təhsillidir. (APA)

"Ailə-məişət zəminində törədilən cinayətlərə, zorakılıq hallarına gəldikdə deməliyəm ki, cinayətlərin 95,7%-i kişilərin, 4,3%-i isə qadınların payına düşür" – deyə şöbə müdiri qeyd edib.