XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Yanvar 2017 - 22:48

Xuliqanlar yeni il gecəsi məşhur Hollivud işarəsini dəyişdilər –FOTO

hollivud

Los -Ancelesdə məşhur Hollivud işarəsinə yeni il günü müdaxilə edilib.

Polisin bildirdiyinə görə hadisəni törədən xuliqan ikonik işarəni dövrəyə alaraq qoruyan hasarı aşaraq son iki “O” hərflərini “E” həriflərinə dəyişib. Beləliklə indi işarə “HOLLYWOOD” deyil “HOLLYWeeD” oxunur. Dağ üzərində olan və Qriffit parkına baxan işarənin yerləşdiyi ərazini ziyarət edən turistlər bazar günü səhəri burada keçirərək hərflər bərpa edilməzdən əvvəl dəyişilmiş işarə önündə şəkillər çəkdirib.

Bu prenk noyabrda Kaliforniya ştatında 2018-ci ildən etibarən marixuanadan istifadə edilməsini qanuniləşdirən 64-cü düzəlişə işarə kimi qiymətləndirilə bilər.