Sumqayıt yolunda baş vermiş ağır yol qəzasında iki nəfər ölüb, 10 nəfər yaralanıb.
Bu barədə APA-ya Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər. Nazirlikdən onu da qeyd ediblər ki, Bakıdan hadisə yerinə həkim briqadaları cəlb olunub. Yaralılardan bir neçəsinin vəziyyəti ağır olduğu üçün əməliyyat olunur.