XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

04 Yanvar 2017 - 13:16

Ötən il 351 həkim mərkəzləşdirilmiş qaydada işə qəbul olunub- Səhiyyə Nazirliyi

Ötən il ərzində 5399 həkim və 7942 orta tibb işçisi təkmilləşmə kurslarından keçib, 3331 həkim və 8608 orta tibb işçisi sertifikat alıb.

Bunu Səhiyyə Nazirliyində 2016-cı ilin yekunlarına həsr olunmuş kollegiya iclasında qurumun tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov deyib. Onun sözlərinə görə, 2016-cı ildə həkimlərin işə mərkəzləşdirilmiş qaydada test imtahanı ilə qəbul edilməsi davam etdirilib. Keçirilmiş imtahanlar nəticəsində 351 həkim mərkəzləşdirilmiş qaydada işə qəbul olunub. Onlardan 171-i reqionlarda işlə təmin edilib.

Şöbə müdiri bildirib ki, 2015/2016-cı tədris ilində rezidentura təhsilini bitirən həkim-mütəxəssislərin sayı 332 olub. Onlardan 271-i təyinatla iş yerlərinə göndərilib(azərtac).