XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Yanvar 2017 - 12:24

İnsan bədənində yeni orqan kəşf edildi –Alimlər heyrətlənib - FOTO

orqan

İnsan bədənində həzm sisteminə aid olan “mezenter” adlı yeni orqan kəşf edilib.

 AMEA-nın saytının verdiyi xəbərə görə, 2012-ci ildən irlandiyalı professor Kelvin Koffinin apardığı tədqiqatlar nəticəsində məlum olub ki, "mezenter" ayrı-ayrı hissələrdən deyil, bütöv orqandan ibarətdir. Bu kəşf nəticəsində insan bədənində orqanların sayı 79-a yüksəlib.(APA)

Orqan olaraq elan edilən hissəciyin funksiyasının tam olaraq nədən ibarət olması hələ də müəyyənləşdirilməyib. Lakin alimlər bu kəşfdən sonra elmin insan orqanizmi haqqında 100 illərdir, səhv fikirdə olduğunu etiraf ediblər.