XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

09 Yanvar 2017 - 11:14

“Menecer “İraq Hava Yolları” şirkətinin ofisində “COBALT” markalı tüfənglə öldürülüb” –DİN

qetl-hadise

Daxili İşlər Nazirliyi "Dəmirçi Plaza"da törədilən qətllə bağlı məlumat yayıb.

 Nazirliyin yaydığı məlumata görə, yanvarın 7-də Xətai rayonu ərazisində yerləşən "Dəmirçi Plaza" MMC-yə məxsus binada icarə əsasında fəaliyyət göstərən "İraq Hava Yolları" şirkətinə məxsus ofisdə, sürücü – Bakı şəhər sakini Elşən Bəşirov münaqişə zəminində tüfəngdən atəş açaraq satış üzrə menecer – paytaxt sakini Əli Ağalını qətlə yetirib.

 Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Bəşirov tutulub, hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olan "COBALT" markalı tüfəng götürülüb.