XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 March 2015 - 17:48

Sabah Bakının bu yolları bağlanacaq – Siyahı

Sabah paytaxtın bəzi küçə və prospektləri bağlı olacaq.

“Azəryolservis” ASC-dən verilən məlumata görə, bu gün axşam saat 23:00-dən etibarən təmir işləri ilə bağlı Heydər Əliyev prospektinin Həsənoğlu küçəsi ilə kəsişməsindən şəhər istiqamətinə, eyni zamanda, Xətai prospektinin Yusif Səfərov küçəsinə çıxışı nəqliyyatın hərəkəti üçün məhdudlaşdırılacaq.

Martın 26-ı isə səhər saat 07:00-dan etibarən təmir işləri ilə bağlı Şəmsi Bədəlbəyli küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinədək olan hissəsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur(ANS).