XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 January 2017 - 13:50

““Bakcell” Eyyub Hüseynova cavab verdi:“Abunəçinin adından heç bir şikayət qeydə alınmayıb”

bakcell

 

“Azad İstehlakçılar” İctimai Birliyinin rəhbəri Eyyub Hüseynovun yanvar ayının 10-u Facebook sosial şəbəkəsində qeyd etdiyi vətəndaş Gözəlov Məmmədə aid məsələ ilə bağlı “Bakcell”in aidiyyəti şöbələri araşdırma aparıb.

“Bakcell”in korporativ kommunikasiya bölməsinindən Strateq.az-a verilən məlumata görə, araşdırmanın nəticələrinə əsasən, abunəçiyə məxsus  nömrədə heç bir çətinlik aşkar edilməyib. Abunəçi tərəfindən yanvar ayının 4-ü əldə etdiyi 5GB həcmli internet paketinin istifadəsi tarifikasiyaya uyğun hesablanıb və istifadə olunan trafikdən əlavə heç bir xidmət haqqı tutulmayıb. İnternet paketinin istifadəsi barədə ətraflı məlumat əldə etmək üçün nömrənin sahibi şəxsiyyətini təsdiq edən sənədlə birlikdə Bakcell Müştəri Xidmətləri və ya Xidmət Mərkəzlərindən birinə  yaxınlaşaraq izahlı qaimə əldə edə bilər.

Bundan əlavə qeyd edək ki, vətəndaş Gözəlov Məmmədin “Bakcell”in Məlumat Mərkəzinə hər iki müraciəti (yanvarın 4-ü və 7-i) cavablandırılıb və abunəçinin adından heç bir şikayət operator tərəfindən qeydə alınmayıb. Abunəçi Salehova Nəcibənin müraciətində isə ona məxsus nömrə qeyd edilmədiyi üçün bu məsələ ilə bağlı araşdırma aparmaq mümkün olmayıb. Lakin nömrə haqqında məlumat əldə etdiyimiz təqdirdə dərhal araşdırma aparılacaq və nəticələr  təqdim olunacaq. Buna baxmayaraq, Nəcibə xanım mobil nömrəsindən 555 Bakcell Məlumat Mərkəzinə zəng edə və yaxud şəxsən Müştəri Xidmətləri Mərkəzlərindən birinə yaxınlaşaraq nömrəsi barədə ətraflı məlumat əldə edə bilər.

Qeyd edək ki, Birliyin sədri Eyyub Hüseynov mobil operatorların istehlakçı hüququnu pozması barədə AİİB-ə çoxsaylı müraciətlər edildiyini bildirib.  O vurğualyıb ki, sonuncu iki şikayət "Bakcell” mobil opearotoru ilə bağlıdır. Daha sonra ərizənin məzmununu paylaşan E. Hüseynov bildirib ki, istehlakçı hüquqlarının pozulmasına dair AİİB-ə daxil olan şikayətlərin 80%-i AİİB tərəfindən danışıq yolu ilə həll olunsa da, mobil operatorlarla bu mümkün olmur.