Rumıniya hər il 15 yanvar tarixini Milli Mədəniyyət Günü kimi qeyd edir.
Bu tarixin Rumıniyanın mədəniyyət günü kimi seçilməsində xüsusi önəmi var. Belə ki, bu tarixdə Rumıniyanın dahi şairi Mihai Eminesku anadan olub.
Rumıniya poeziyasının “dan ulduzu” adlandırılan Eminesku müasir rumın dilinin formalaşmasına verdiyi üstün töhvələrinə görə bu gün də Rumıniya mədəniyyətində mükəmməlliyin əsas simvolu olaraq qalır. Onun bütün əsərləri – poemaları, romanları, qısa hekayələri və nəşrləri 19-cu əsrin ikinci yarısında iyirmi il boyunca o, Rumıniya xalqının yaradıcı dahisi və reallaşmayan potensialının təzahürü hesab edilirdi. Milli Mədəniyyət Günü bayramlarının qeyd edilməsi Rumıniya mədəniyyətinin dünyaya açılmasını, bütün dünya ölkələri və xalqları ilə mədəniyyət bağlarının gücləndirilməsi üçün dəyərli müstəvidən çıxış edərək yeni növ ədəbi cərəyanların inkişafına töhvələr verməsini bir daha sübut edir.
Rumıniyanın ölkəmizdəki səfirliyindən Strateq.az-a verilən məlumatda bildirilir ki, Milli Mədəniyyət Gününü qeyd etmək üçün səfirlik Rumıniyanın dahi bəstəkarı Corce Eneskunun Bakı şəhərindəki abidəsi önündə mədəniyyət tədbiri təşkil edəcək.
Strateq.az